11:38 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. Trans-Anadolu təbii qaz boru xətti (TANAP) ilə istifadəyə veriləndən 31 dekabr 2024-cü il tarixinədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql edilib.
ABC.AZ xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı “SOCAR Türkiye”nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov deyib.
Onun sözlərinə görə, hesabat dövründə TANAP-la 73,5 mlrd. kubmetr qaz nəql edilib.
Elçin İbadov onu da qeyd edib ki, hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 30,8 mlrd. kubmetr, Avropaya isə 42,74 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub. (APA)
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026