11:32 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. Xiaomi artıq süni intellekt sistemlərinin yaradılması üçün öz hesablama infrastrukturuna malikdir və onu əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, şirkət bu ehtiyaclar üçün 10.000 GPU əsaslı hesablama sürətləndiricisindən ibarət bir klasterdən istifadə etməyi planlaşdırır.
Jiemian Global-ın məlumatına görə, Xiaomi-nin süni intellekt sahəsində mütəxəssislər qrupu hələ 2016-cı ildə yaradılmışdı, onun heyəti növbəti yeddi il ərzində altı dəfə artaraq 3000-dən çox nəfərə çatıb. Bu ildən etibarən bu mütəxəssislərin sərəncamında 6500-ə yaxın GPU əsaslı hesablama sürətləndiricisi var, onların köməyi ilə böyük dil modellərini öyrətmək imkanı əldə ediblər. Smartfonlar, əşyaların İnterneti, robototexnika və elektrikli avtomobillər Xiaomi-nin müvafiq inkişafları tətbiq edəcəyi fəaliyyət sahələridir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026