10:51 - 27.12.2024
27 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 592 ədəd elektrik avtomobil idxal edib ki, bu da ümumilikdə 104 milyon dollar dəyərində olub. Bu da illik müqayisədə idxalın 7 faiz artıb.
ABC.AZ xəbər verir ki, ölkənin elektrik avtomobillərə olan tələbatının böyük hissəsi Çin istehsallı nəqliyyat vasitələri ilə təmin edilir.
Çin bu dövrdə Azərbaycanın idxal etdiyi elektrik avtomobillərinin 77%-ni təşkil edərək 2 013 ədəd avtomobil satıb. Bu idxalın ümumi dəyəri 73.6 milyon dollar olub. Çin avtomobil sənayesinin qlobal bazarda artan təsiri Azərbaycanın elektrik nəqliyyatı bazarında da təsirini göstərməkdədir. Keçən ilin eyni dövründə Çindən 2 004 ədəd e-car ($71.12 mln.) idxal edilmişdi.