11:42 - 25.12.2024
25 dekabr, Fineko/abc.az. 2018-ci ildən indiyədək zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin həcmi məlum olub.
ABC.AZ-ın məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun departament direktoru Rasim Abdullayev fondun media üçün təlimində deyib.
O bildirib ki, verilmiş kreditlərin ümumi həcmi üzrə güzəştli ipoteka kreditlərinin həcmi 32% təşkil edib:
"Verilmiş kreditlərin ümumi həcmində gənclərə, gənc ailələrə verilmiş kreditlərin göstəricisi 70%-ə yaxındır. Hazırda regionlarda verilmiş kreditlər isə 18% həcmindədir.
Fondun ipoteka kreditləri üzrə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, əlçatanlılığının artırılması məqsədilə 2018-ci ildən tətbiq olunan zəmanət mexanizmi nəticəsində artıq 11 region üzrə 1134 vətəndaş zəmanətli ipoteka kreditlərindən faydalanıb.
Zəmanətlə təmin olunmuş ipoteka kreditlərinin həcmi isə 98,8 milyon manat həcmindədir".
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026