17:24 - 18.12.2024
18 dekabr, Fineko/abc.az. Ölkədə armatur məhsullarının ixracatçısı kimi çıxış edən “Almet Baku” Açıq Səhmdar Cəmiyyəti keçən ili 153 min manat xalis mənfəət əldə etməklə, mənfəətindəki son illərdəki azalma tendensiyasını davam etdirib.
ABC.AZ xəbər verir ki, 2020-2022-ci illər ərzində müvafiq olaraq 2 milyon 117 min, manat, 2 milyon 604 min manat və 1 milyon 8 min manat xalis mənfəət əldə etmişdi.
“Almet Baku” (Əvvəlki “Almet Trading Baku” QSC) orta hesabla, ölkədə 25 000 ton polad ehtiyatına malikdir və ölkədə armatur, sinklənmiş vərəqə və məftil (katanka) ticarəti üzrə idxalçılardan biridir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026