16:54 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. BƏƏ-nin ən böyük neft istehsalçısı Abu Dhabi National Oil Co. (ADNOC), Almaniyanın enerji şirkəti EnBW Energie Baden-Wuerttemberg AG ilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü haqqında müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilə 2028-ci ildən başlayaraq 15 il ərzində illik 0,6 milyon ton LNG tədarükünü nəzərdə tutur. Bu barədə Bloomberg xəbər verir.
Bu razılaşma, daha təmiz enerji mənbələrinə keçid cəhdlərinə baxmayaraq, Avropanın davamlı fosil yanacaq tədarükü səylərinin bir hissəsidir. Daha əvvəl, noyabr ayında ADNOC, Almaniyanın SEFE şirkətinə ildə 1 milyon ton LNG satmaq üçün ilk müqaviləni imzalamışdı. Almaniya Rusiya boru kəməri qazının tədarükünü məhdudlaşdırdıqdan sonra LNG idxalını və dəniz tədarükünü fəal şəkildə artırır.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026