15:20 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. Azərbaycan 2024-cü ilin ilk 10 ayı ərzində Türkmənistandan 354.12 milyon kub-metr həcmində svop təbii qaz idxal edib və bu öncəki göstəricidən 73 faiz azalmadır.
ABC.AZ-ın məlumatına görə, idxal olunmuş təbii qazın dəyəri 53.12 milyon ABŞ dolları təşkil edir.
Oktyabr ayında təkcə 13.03 milyon kub metr təbii qaz idxal edilib. Keçən ilin ilk 10 ayında Azərbaycan Orta Asiya ölkəsindən 1 milyard 327 milyon kub metr təbii qaz idxal edilmişdi və bunun da dəyəri $189.63 milyon dollar idi. Azərbaycan təbii qazı Türkmənistandan birbaşa deyil, İran üzərindən idxal edir ki, bu da svop qaz sayılır. 2021-ci ildə Azərbaycan, İran və Türkmənistan liderlərinin Aşqabaddakı anlaşmasından sonra belə bir ticarət baş tutmağa başladı.
Azərbaycan ilə Türkmənistan arasındakı təbii qaz ticarəti keçən il ən pik həddini yaşadı və həcm 1 mlrd. 517.33 mln. kub-m və ya 218.23 mln. dollar idi.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026