15:15 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. Ukrayna enerji infrastrukturuna kütləvi zərbədən sonra beş qonşu ölkədən elektrik enerjisinin idxalını istəyib. Ölkəyə saatda 13,4 min MVt-dan çox enerji tələb olunur.
ABC.AZ xəbər verir ki, bu barədə "Ukranergo" bildirib.
"İdxal gün ərzində Polşa, Rumıniya, Slovakiya, Macarıstan, Moldovadan olacaq. Ümumi həcmi saatda 13 447 MVt, ayrı-ayrı saatlarda maksimum gücü 1 098 MVt-a qədərdir", - məlumatda deyilir.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyindən bildirmişdilər ki, Rusiya Silahlı Qüvvələri Taqanroqdakı hərbi aerodroma ATACMS raketləri ilə hücuma cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin işini təmin edən mühüm yanacaq və enerji infrastruktur obyektlərinə yüksək dəqiqlikli zərbə endirib, bütün obyektlər vurulub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026