Qonşu ölkənin şəhəri dünyanın ən çirklisi elan edilib

15:09 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. İranın paytaxtı Tehran dünyanın ən çirkli şəhəri elan edilib.

ABC.AZ xəbər verir ki, bu, Hava keyfiyyətinin monitorinqi və hava təmizləyiciləri istehsalçısı olan İsveçrənin “IQAir” şirkətinin hesabatında öz əksini tapıb. Məlumata görə, İran 207 indekslə hava çirklənməsi cədvəlində lider ölkədir.

Bildirilir ki, təmiz havadan istifadə hüququ İranın xüsusən də böyük şəhərlərində ciddi şəkildə pozulan əsas vətəndaş hüquqlarından biridir.

Statistik hesabatlar göstərir ki, İranda hər il 50 min insan havanın çirklənməsinin yaratdığı xəstəliklərdən ölür, lakin bu böhranla mübarizə üçün səlahiyyətlilər tərəfindən ciddi və kifayət qədər tədbirlər görülmür.