Neft satan ölkələrə pis xəbər - ABŞ neft ixracını kəskin artıracaq

12:25 - 9.12.2024


9 dekabr, Fineko/abc.az. "Mənim neft ixrac edən ölkələrə pis xəbərim var. Biz gələcək illərdə neft ixracı və hasilatını kəskin artırmağı düşünürük. Bu, ABŞ-ın enerji siyasətinin ən vacib prioritetlərindən biridir. Şübhəsiz ki, Bayden dövründə qəbul edilən LNG ixracına verilən lisenziyaların dayandırılması qərarı ləğv edilə bilər. Biz eyni zamanda qaz hasilatını və ixracını da artırmağı nəzərdən keçiririk. ABŞ enerji bazarında əsas oyunçu olmalıdır.”

ABC.AZ xəbər verir ki, bunu Donald Trump ABŞ-ın enerji siyasətindəki dəyişiklikləri və strateji hədəflərini açıqlayarkən deyib. O bildirib ki, ABŞ enerji sahəsindəki mövqeyini gücləndirmək və xarici bazarlarda daha çox təsir göstərmək üçün neft və qaz istehsalını artırmağı hədəfləyir. Tramp hesab edir ki, bu addımlar ABŞ-ın enerji müstəqilliyini daha da gücləndirəcək və qlobal bazarlarda rəqabət qabiliyyətini artıracaq.

Müəllif: Elmir Murad