Azərbaycanda 6 milyon manata şirkət yaradıldı

12:03 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti “Zireh” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 6 milyon manatdır və qanuni təmsilçisi Abas Nazir oğlu Quliyevdir.

Müşahidə Şurasının üzvləri Səbinə Rafiq qızı Mustafayeva, Orxan Aydın oğlu Yusibov, Fərahim Pərviz oğlu Hüseynzadədir.