09:40 - 5.12.2024
5 dekabr, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə kəskin azalmadan sonra cümə axşamı hərracda etalon markaların qiymətləri cüzi dəyişir.
Brent markalı neftin fevral fyuçersi ICE Futures birjasında saat 09:35-ə qədər $0,02 (0,03%) artaraq bir barel üçün $72,33-a yüksəldi. Dekabrın 4-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $1,31 (1,78%) ucuzlaşaraq bir barelə $72,31 təşkil edib.
Saat 09:35-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,02 (0,03%) artaraq bir barel üçün $68,56-a yüksəldi. Dekabrın 4-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,40 (2,00%) ucuzlaşaraq bir barelə $68,54-a düşüb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026