12:12 - 3.12.2024
3 dekabr, Fineko/abc.az. Rusiyada psixoloqlar üçün süni intellektə əsaslanan virtual köməkçi yaradılıb ki, bu da məhsuldarlığı, xidmətlərin keyfiyyətini və gəliri iki dəfə artırır.
ABC.AZ xəbər verir ki, bu barədə Novosibirsk vilayətinin elm və innovasiya siyasəti Nazirliyinin mətbuat xidməti yazır.
Süni intellektə əsaslanan proqram avtomatik olaraq nitqi təsbit edir və sessiyaların məzmununu deşifrə edir, emosional reaksiyaları və koqnitiv təhrifləri təhlil edir. Qəbuldan sonra müştəri ev tapşırığını alır və sünu intellekt köməkçisi vasitəsilə göndərir. Neyron şəbəkə işi təhlil edir və məlumat bazasına məlumat əlavə edir.
Alət psixoloqların yükünü azaltmağa, effektivliyini qorumağa və tükənməməyə kömək edir.
Tərtibatçılar məlumatların məxfiliyinə və təhlükəsizliyinə xüsusi diqqət yetirirlər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026