11:30 - 27.11.2024
27 noyabr, Fineko/abc.az. Meta tərəfindən X sosial şəbəkəsinə alternativ olaraq yaradılan “Threads” mikrobloq platforması (keçmiş Twitter) noyabr ayında istifadəçi bazasını 35 milyondan çox artırıb. Təxminən üç ay ərzində platforma gündəlik bir milyondan çox yeni hesab qeydiyyatdan keçirdi.
ABC.AZ xəbər verir ki, ən yaxın rəqiblərinin fonunda Threads xeyli böyümə dinamikasını nümayiş etdirməyə davam edir. Meta nümayəndəsi Alec Booker The Verge-ə yazdığı məktubda bildirib: "Üç aydır ki, gündə bir milyondan çox istifadəçi qeydiyyatdan keçir".
Nəticədə, təkcə 2024-cü ilin noyabr ayında Threads 35 milyon yeni hesab qeydə alıb ki, bu da onu dünyanın ən sürətlə genişlənən sosial şəbəkələrindən birinə çevirib.
27 İyul 2026