17:00 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. "Apple" İndoneziyada “iPhone 16” satış qadağasını aradan qaldırmaq üçün 1,6 trilyon Rupiah (təxminən 100 milyon dollar) dəyərində investisiya təklifi üçün təsdiq ala bilməyib.
ABC.AZ xəbər verir ki, İndoneziya Sənaye Nazirliyi bu təklifi qeyri-adekvat hesab edib və “iPhone 16″nın idxalını və istifadəsini qadağan etmək qərarını davam etdirdiyini açıqlayıb.
Oktyabr ayında İndoneziyanın Sənaye naziri Agus Qumiwang Kartasasmita “iPhone 16″nın “Apple”in investisiyalarını artırmadığı və yerli komponentlərin istifadəsi meyarlarına cavab vermədiyi səbəbi ilə ölkəyə girişinin qadağan edildiyini açıqlamışdı.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026