Mobil internetin sürətinə görə Azərbaycan neçənci yerdədir?

11:16 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Azərbaycan oktyabrda mobil internetin sürətinə görə sentyabr ayına nisbətən 6 pillə geriləyərək 55,90 MB/S sürətlə 111 ölkə arasında 54-cü olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat "Speedtest Global Index”in hesabatında öz əksini tapıb. Sözügedən hesabatda mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (428,53 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,54 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 58,31 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (327,63 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,90 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 71,54 MB/S sürətlə 158 şəhər arasında sentyabr ayına nisbətən 5 pillə geriləyərək 76-cı olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (478,83 MB/S), sonuncu yeri Herat (9,22 MB/S) tutub.