İran sərhəddə qanunsuz ticarətin idarə olunması ilə bağlı yeni qaydaları təsdiqləyib

11:19 - 19.11.2024


19 noyabr, Fineko/abc.az. Hökumət sərhədlərdə qaçaqmalçıların həyata keçirdiyi qanunsuz ticarətlə mübarizə üçün yeni qaydaları təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bunu İran ticarətinin İnkişafına Yardım Təşkilatının (TPO) rəhbəri Məhəmməd-Əli Dehqan Dehnavi deyib.

Onun sözlərinə görə, qaydalar hökumətin qaçaqmalçılıq mərkəzi və digər müvafiq qurumlarla əməkdaşlıqda TPO tərəfindən hazırlanıb.

Yeni qaydalara əsasən, bu cür fəaliyyətlərə sərhəd bölgələrində iş mühitinin yaxşılaşdırılması üçün görüləcək yeni tədbirlərə uyğun olaraq tədricən məhdudiyyətlər qoyulacaq.