Gələn il aqrar sektor 3.4% artacaq - Proqnoz

14:21 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlar nəzər alınmaqla aqrar sektorun növbəti ildə 3,4%, 2026-2028-ci illər üzrə isə 3,8% artım olacağı proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, növbəti illərdə kənd təsərrüfatı sektorunun inkişafı aqrar sahənin resurs və xidmətlərlə təminatının gücləndirilməsi, aqrar sahədə potensialın gücləndirilməsi və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsi sisteminin dəyər zənciri üzrə təkmilləşdirilməsi kimi strateji məqsədlər üzrə müəyyən olunmuş prioritet istiqamətlərin reallaşdırılması (məhsuldarlığın artırılması) hesabına nail olunacaq.