12:53 - 17.11.2024
"Azerbaijan Green Energy Company" (AGEC) MMC 15 noyabr 2024-cü il tarixində COP29-da bərpa olunan enerjiyə yatırımları mözusunda panel müzakirələri təşkil edib.
ABC.AZ xəbər verir ki, müzakirələrdə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Hümbətova, Masdar şirkətinin Azərbaycan ofisinim ölkə üzrə rəhbəri Murad Sadıxov, Baltech şirkətinin Enerji üzrə rəhbəri Volkan Gerdan və ABŞ angel investoru Lazsolu Horvath iştirak ediblər.
Sessiya zamanı panel üzvləri həm yerli, həm də regionda maliyyə bazarında bərpa olunan enerjiyə yatırım imkanlarını müzakirə edib, iqlim maliyyələşdirilməsi mövzusuna toxunublar.
Panel müzakirəsi AGEC şirkətinin baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın moderatorluğu ilə baş tutub.
Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədrmüavini Rəna Hümbətova öz çıxışında Azərbaycanın bərpaolunan enerji ixracı istiqamətində və həmçinin daxili infrastruktur layihələri barədə COP29 ərəfəsində aparılan işlər barədə geniş məlumat verib.
Xəyalə Nağıyeva bildirib ki, AGEC günəş və külək enerjisi layihələrinə sərmayə qoyaraq bərpa olunan enerji sektorunun inkişafını və dayanıqlı investisiyanın təşviqini hədəfləyir. O, vurğulayıb ki, şirkətin uzunmüddətli biznes modeli, ölkənin bərpaolunan enerji potensialını üzə çıxarmaqla yanaşı, enerji ekosistemində səmərəliliyin artırılması və enerji sahəsinə investisiyanın diversifikasiyasına əsaslanır.
Qeyd edək ki, AGEC 2023-cü ildə yaradılıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026