16:31 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərinin təqdim etdiyi siyahılara əsasən cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı, ümumilikdə, 312 nəfər olub.
ABC.AZ xəbər verir ki, geri qayıdanların 182 nəfərini kişilər, 130 nəfərini isə qadınlar təşkil edib. Həmin şəxslərdən 47-si Naxçıvan şəhərində, 109-u Şərur, 22-si Babək, 3-ü Ordubad, 39-u Culfa, 2-si Kəngərli, 23-ü Şahbuz və 67-si Sədərək rayonlarında qeydə alınıb.
Muxtar respublikaya 214 nəfərdən ibarət 70 ailə, o cümlədən Naxçıvan şəhərində 31 nəfərdən ibarət 10, Şərur rayonunda 91 nəfərdən ibarət 28, Babək rayonunda 15 nəfərdən ibarət 5, Ordubad rayonunda 3 nəfərdən ibarət 1, Culfa rayonunda 27 nəfərdən ibarət 8, Şahbuz rayonunda 15 nəfərdən ibarət 6 və Sədərək rayonunda isə 32 nəfərdən ibarət 12 ailə geri qayıdıb. Bundan əlavə, 98 nəfər tək olaraq muxtar respublikaya geri qayıdan vətəndaşlardır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026