16:12 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. 2031-2037-ci illər arasında Azərbaycan bərpa olunan enerji, hidrogen, dekarbonizasiya və digər sahələrdə layihələr də daxil olmaqla əlavə 21 giqavat enerji əldə etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Energetika nazirinin müavini Orxan Zeynalov COP29 enerji təşəbbüsləri üzrə nazirlərin görüşündə deyib.
“Aydındır ki, milli şəbəkə belə həcmləri tam udmaq iqtidarında olmayacaq, ona görə də etibarlı regional əlaqələr şəbəkəsini inkişaf etdirmək lazımdır. Ümid edirik ki, gələcəkdə Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə dəhlizləri bir-birinə bağlanacaq” – nazir müavini əlavə edib. (APA)
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026