10:15 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. "Siemens” rəhbərliyi dünya üzrə beş minə qədər iş yerinin ixtisarını elan edib.
ABC.AZ xəbər verir ki, bu, konsernin baş direktoru Roland Buşun bəyanatından irəli gəlir.
Onun sözlərinə görə, bu əsasən istehsalın avtomatlaşdırılması seqmentinə aid olacaq.
“Bəzən hadisələr gözlədiyimiz qədər müsbət olmadığı üçün bəzi dəyişikliklər etməli oluruq”, – Buş bildirib.
Şirkətin saytında dərc edilmiş dördüncü rüb və bütün 2024-cü maliyyə ili (30 sentyabrda başa çatıb) üzrə fəaliyyət nəticələrinə görə, alman konserninin gəliri 20,62 milyard avrodan 20,81 milyard avroya qədər artıb ki, bu da gözlənilən proqnozlardan yüksəkdir. Bütün maliyyə ili üzrə xalis mənfəət 9 milyard avroya çatıb – bu, alman istehsalçısı üçün rekord göstəricidir.