Tezliklə bu ölkədə dövlət qulluqçuları üçün neyron şəbəkə alqoritmləri ilə HR platforması təqdim olunacaq

11:15 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. 2025-ci ildə Rusiyada dövlət qulluqçuları üçün neyron şəbəkə alqoritmləri olan ümumi bir HR platforması yarana bilər ki, buna da 2030-cu ilə qədər hakimiyyət orqanlarının 60%-ni və məmurların 50%-ni birləşdirməyi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, söhbət kadrların seçilməsi və motivasiyası sisteminin, habelə işçinin nailiyyətlərini əks etdirəcək rəqəmsal profilinin inkişafından gedir. Rusiya hökuməti izah edir ki, platforma bir anda bir neçə İT sisteminə daxil olacaq, onlara 8 milyard rubl ayrılması planlaşdırılır.