17:43 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Changan konserni, Huawei-in köməyi ilə Çində iri "rəqəmsal ağıllı zavod"u işə salıb, burada artıq yeni Avatr 07 krossoverinin yığılmağa və Deepal S05 və Changan Qiyuan E07 istehsalı başlanılıb.
ABC.AZ xəbər verir ki, materialda deyilir ki, müəssisə hər bir alıcıya öz maşınını fərdi və unikal etməyə imkan verən çevik istehsal üsullarını tətbiq edir.
Həmçinin qeyd olunur ki, istehsalın bütün mərhələlərini kompüter vasitəsilə onlayn rejimdə idarə etməyə imkan verən arxitekturanın inkişafı Huawei, telekommunikasiya şirkəti China Unicom isə müəssisənin 5G texnologiyaları ilə təmin edilməsi ilə məşğul olur. Məlumata görə, süni intellekt sayəsində zavod qərar qəbuletmə proseslərini avtomatlaşdırmağa imkan verən özüöyrənmə qabiliyyətinə malikdir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026