Azərbaycanda 9 ayda 2,3 milyon ton çınqıl istehsal olunub - Hesabat

17:16 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 2 milyon 332,8 min ton çınqıl istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 925,3 min ton və ya 65,7% çoxdur.

Belə ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 1 milyon 407,5 min ton çınqıl istehsal edilmişdi.