Trampın adı yenidən milyarderlərin siyahısına düşdü

15:13 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. ABŞ prezidentliyinə namizəd Donald Tramp avqustun 6-dan bəri ilk dəfə milyarderlər siyahısına düşüb.

ABC.AZ xəbər verir ki, sabiq dövlət başçısının adı "Bloomberg Billionaires Index"də milyarderlərin siyahısında qeyd edilib. Buna səbəb onun media startapının (Truth Social) səhmlərinin siyasi mərc bazarlarında bahalaşması olub.

Keçmiş prezidentin sərvəti  6,5 milyard dollara yüksəlib və onu dünyanın 500 ən varlı adamı siyahısında 481-ci yerdə qərarlaşdırıb. "Truth Social"ın sahibi olan "Trump Media & Technology Group Corp." (DJT) sentyabrın sonundan etibarən dəyərini təxminən üç dəfə artırıb və nəticədə Trampın kağız üzərindəki sərvəti kəskin çoxalıb.

"Trump Media" Donald Trampın ABŞ-ın növbəti prezidenti olma ehtimalı ilə bağlı mərc etmək üçün vəkil kimi ticarət edir. "Polymarket" və "PredictIt" mərc saytlarında Trampın 5 noyabr seçkilərində qalib gələcəyinə dair əmsallar son həftələrdə artıb.

Müəllif: Elmir Murad