“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi dəyişdiriləcək

15:47 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. “Azər-Türk Bank” ASC-nin səhmdarlarının noyabrın 23-nə təyin edilmiş növbəti ümumi yığıncağı dekabrın 24-nə keçirilib.

Bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanındakı baş ofisində baş tutacaq toplantının gündəliyinə Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, sentyabrda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun bankın yeni səhmlərini alması barədə saziş imzalanıb.

Hazırda nizamnamə kapitalı 100,5 milyon manat olan “Azər-Türk Bank”ın səhmlərinin 51%-i SOCAR-a, 24%-i Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i “Ziraat Bank”a, 6,55%-i “AzRe Təkrarsığorta”ya, 5%-i “Qala Həyat Sığorta”ya, 1,08%-i isə “Ziraat Bank International”a məxsusdur.

© Banker.az