14:15 - 26.11.2026
26 noyabr, Fineko/abc.az. Azərbaycanda təşkil olunan beynəlxalq idman yarışlarında baş hakimə gündəlik 100 manat, hakimlər briqadasının hər bir üzvünə və yarışın baş katibinə isə gündə 50 manat məbləğində xidmət haqqının verilməsi nəzərdə tutulur.
Ölkə daxilində keçirilən respublika səviyyəli idman tədbirlərində isə baş hakimin günlük xidmət haqqı 50 manat, hakimlər briqadasının üzvlərinin və baş katibin gündəlik ödənişi isə 25 manat təşkil edir.
Sözügedən xidmət haqqı hakimlərə digər maddi təminat növlərindən asılı olmayaraq, bilavasitə öz vəzifələrini icra etdikləri günlərə görə ödənilir.
Bundan əlavə, əgər idman tədbirinin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeridirsə, ona ezamiyyə xərcləri üçün müəyyənləşdirilmiş normalara müvafiq olaraq yemək xərci də verilir.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
24 Noyabr 2026