12:33 - 23.10.2024
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorundakı aktivlərdəki payı artsa da, onların maliyyə vasitəçiliyindəki rolu hələ də kiçikdir.
ABC.AZ xəbər verir ki, bunu “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda keçirilən tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri Cəlal Əliyev bildirib.
O qeyd edib ki, hazırda maliyyə sektorunun ümumi aktivlərində BOKT-ların payı 1,6 % təşkil edir. "2024-cü ilin iyulun 1-nə olan məlumata görə, BOKT-ların sayı 55, kredit ittifaqlarının sayı isə 39 olub. Hazırda fəaliyyətdə olan BOKT-ların 15-i xarici kapitalın iştirakı ilə yaradılıb, onlardan 12-də xarici kapitalın payı 50 %-dən çoxdur. Yanvar-iyun aylarında BOKT işçilərinin sayı 153 nəfər artaraq 3 442 nəfərə, filialların sayı isə 12 artaraq 308-ə çatıb" - deyə C.Əliyev qeyd edib.
Müəllif: Elmir Murad