17:21 - 18.10.2024
18 oktyabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 2024-cü il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 10% artaraq 61 697.6 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, cari ilin əvvəlində 56 milyard 069.7 milyon ABŞ dolları idi.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 15 004.0 milyon manat, büdcə xərcləri isə 9 634.5 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 424.1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 8 641.8 milyon manat, bonus ödənişləri 778.2 milyon manat, tranzit gəlirləri 0.5 milyon manat, akrhesabı ödənişləri 3.6 milyon manat təşkil edib.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5 579.9 milyon manat təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026