Azərbaycanda banklar valyuta hərracında tələbi 20,3% azaldıb

12:43 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 17-də keçirilən valyuta hərracında bankların tələbi 65,9 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 16,8 milyon dollar (20,3%) azdır. Oktyabrın 15-də keçirilən valyuta hərracında AMB banklara 82,7 milyon dollar satmışdı.

Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.