Azərbaycanda banklar az riskli və daha gəlirli pərakəndə kreditlərə yönəlib - “Fitch”

12:33 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. Azərbaycanda yerli banklar indi daha az riskli və daha gəlirli olan pərakəndə kreditləşməni hədəfləyir.

ABC.AZ xəbər verir ki, bunu beynəlxalq reytinq agentliyi “Fitch Ratings” bildirir.

Pərakəndə kreditlər 2024-cü ilin birinci yarısının sonunda sektorun kreditlərinin 58%-nə çatıb. Bu 2018-ci ilin sonu 41% idi.

Lakin “Fitch” hesab edir ki, Azərbaycan iqtisadiyyatının dövri xarakteri və struktur zəiflikləri səbəbindən korporativ seqmentdə kredit keyfiyyəti hələ də risk altında qaldığını bildirir.