12:30 - 28.08.2018
28 avqust, Fineko/abc.az. Müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlərə əlavə yerləşdirmənin vakansiya seçiminin nəticələri məlum olub. Müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat uğur qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.
Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak ediblər.
Elektron yerləşdirilmə zamanı vakant yer tutmuş namizədlərlə 30 avqust 2018-ci il tarixində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026