Bakının "rəqəmsal əkiz"i yaradılır - VİDEO

15:35 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Bakının "rəqəmsal əkiz"i yaradılır.

ABC.AZ-ın məlumatına görə, artıq 6 milyondan çox unikal məlumat məntəqəsi bu sistemə daxil edilib.

"Rəqəmsal əkiz" sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir və şəhər mobilliyinin təmini baxımından unikal sistem hesab olunur.

İnformasiya texnologiya üzrə ekspert Fərid Pərdəşünas bildirib ki, paytaxtın bütün yolları, ictimai iaşə obyektləri, təhsil, səhiyyə ocaqları burada əks olunacaq. Məlumatlar isə müxtəlif mənbələrdən əldə ediləcək. Onun sözlərinə görə, "rəqəmsal əkiz" vasitəsilə əhalinin gündəlik axını da müşahidə ediləcək, nəqliyyata olan tələb hesablanacaq.

Ətraflı Xəzər Tv-nin hazırladığı süjetdə: