Bu ölkədə “Discord” messencerinə giriş məhdudlaşdırılıb    

10:19 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az.  Türkiyədə “Discord” messencerinə giriş məhdudlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə ədliyyə naziri Yılmaz Tunç “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bu addımı atmaqda əsas məqsədin gələcək nəsilləri zərərli paylaşımlardan qorumaq olduğunu açıqlayıb: "Gənclərimizi, uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli paylaşımlardan qorumaq əzmindəyik.

Sosial quruluşumuzun təməllərini sarsıtmaq cəhdlərinə heç vaxt imkan verməyəcəyik”. Nazirin sözlərinə görə, məhkəmə uşaqlara qarşı cinsi zorakılıq və ədəbsizlik ilə bağlı şübhələrə görə “Discord”a girişi məhdudlaşdırmaq qərarına gəlib.