15:51 - 4.10.2024
4 oktyabr, Fineko/abc.az. Tıxacın ən çox olduğu şəhərlərin siyahısı hazırlanıb.
ABC.AZ xəbər verir ki, siyahı “Global İndex” tərəfindən araşdırılıb. Sözügedən siyahıya Nyu-York başçılıq edir. Belə ki, bu şəhərdə sürücülər il ərzində ortalama 101 saat tıxacda qalır.
Tıxacın ən çox olduğu şəhərləri sizə təqdim edir:
1. Nyu-York şəhəri: 101 saat
2. London: 99 saat
3. Paris: 97 saat
4. Mexiko: 96 saat
5. Çikaqo: 96 saat
6. İstanbul: 91 saat
7. Los Anceles: 89 saat
8. Boston: 88 saat
9. Keyptaun: 83 saat
10. Hyuston: 83 saat
11. Brisben: 74 saat
12. Dublin: 72 saat
13. Mayami: 70 saat
14. Filadelfiya: 69 saat
15. Roma: 69 saat