15:05 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədilə çəkdikləri xərclər açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən dövrdə onlar Azərbaycanda 2 milyard 297 milyon 934,4 min manat xərcləyib.
Bəs görəsən sözügedən dövrdə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pulu əsas nəyə xərcləyib?
Rəsmi mənbələrə inansaq bu dövrdə turistlər ən böyük pulu nəqliyyat xərclərinə sərf edib.
Bundan başqa, yerləşməyə 469 milyon 252 min manat, qidalanmaya 432 milyon 501,9 min manat, mədəniyyət sahəsinə 9 milyon 692 min manat, turizm zərfinin alınmasına 1 milyon 1 000 manat xərclənib.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026