Azərbaycanda vəzifəli şəxsf vəfat edib

10:33 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov dünən gecə saatlarında vəfat edib.

ABC.AZ xəbər verir ki, K. Həsənov müayinə olunduğu Türkiyənin İstanbul şəhərində yerləşən Memorial Şişli xəstəxanasında dünyasını dəyişib.

Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub.

Allah rəhmət etsin!