16:21 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Hazırda biz Yaşıl Dəhliz layihəsi ilə bağlı regional təşəbbüsün Gürcüstan və Qara dəniz hissəsi üçün texniki-iqtisadi əsaslandırmanı maliyyələşdiririk.
ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster AZƏRTAC-a müsahibəsində deyib.
"Həmçinin biz bilirik ki, Azərbaycan hökuməti layihənin öz ərazisinə aid hissəsi üçün texniki-iqtisadi əsaslandırma işlərini aparır və bu layihəni həyata keçirmək üçün regionun digər ölkələri ilə işləyir. Əgər Azərbaycan və regionun digər ölkələri bizə müraciət etmək qərarına gəlsələr, Dünya Bankı Qrupu bu layihənin həyata keçirilməsinə dəstək verməyə hazırdır"- deyə Ş.Ştalmeyser vurğulayıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026