15:08 - 13.09.2024
13 sentyabr, Fineko/abc.az. Çin 1978-ci ildən etibarən ilk dəfədir ki pensiya yaşını artırır. Bu, yəqin ki, ölkədə işçi qüvvəsinin azalmasını ləngidəcək, lakin iqtisadiyyatın yavaşlaması ilə mübarizə aparan işçilərin qəzəbinə səbəb olacaq.
ABC.AZ Bloomberg-ə istinadən xəbər verir ki, təsdiq edilmiş plana əsasən, kişilər üçün pensiya yaşı 60-dan 63-ə, qadınlar üçün isə müvafiq olaraq 50-dən və 55-ə və 55-dən 58-ə qədər artacaq. Artım 1 yanvar 2025-ci il tarixindən başlayaraq 15 il ərzində tədricən baş verəcək.
"Bütün səviyyələrdə hökumətlər əhalinin qocalmasına fəal cavab verməli, işçilərin məşğulluğunu və sahibkarlığını təşviq etməli və dəstəkləməlidir", — Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin qərarında belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026