12:33 - 21.08.2018
21 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görməyə davam edir.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, agentlik hazırda taksi dayanacaqları ilə bağlı vəziyyəti təhlil edir.
“Hazırda Bakıda 180 taksi dayanacağı fəaliyyət göstərir, BNA qeyri-qanuni dayanacaqların ləğv edilməsi və yeni taksi dayanacaqlarının quraşdırılması üzrə tədbirlər görür”, - deyə M.Ağayev bildirib.
30 İyul 2026
29 İyul 2026