16:45 - 3.09.2024
3 sentyabr, Fineko/abc.az. “Coinmarketcap” portalında “Toncoin” məzənnəsi (TON blokçeyninə əsaslanan kriptovalyuta) 98% azalıb.
ABC.AZ xəbər verir ki, səbəb texniki nasazlıq olub. Bildirilir ki, real məzənnə dəyişməyib.
Problemlərin nədən qaynaqlandığı açıqlanmır, lakin onlar artıq onların aradan qaldırılması üzərində iş aparılır. “Lido” (LDO) və “Injective” (INJ) kriptovalyutaları da oxşar problemlə üzləşib.
Saat 15:19-a olan məlumata görə, “Coindesk” portalında “Toncoin”in dəyəri 0.85% azalaraq 5.17 dollar olub.
“Telegram”ın yaradıcısı Pavel Durovun avqustun 24-də Parisdə həbs edilməsi fonunda keçən həftə “Toncoin” 20% ucuzlaşaraq 5.46 dollara düşüb. Avqustun 28-də o, 5 milyon avro girov müqabilində məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026