Valyuta hərracında bankların tələbi 19% azalıb

14:02 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, sentyabrın 3-də baş tutan valyuta hərracında bankların tələbi 64,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 15,5 milyon dollar (19,3%) azdır.

Avqustun 29-da keçirilən valyuta hərracında AMB banklara 80,4 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.