17:02 - 2.11.2017
Yaxın vaxtlarda Bakıdan İndoneziyanın paytaxtına birbaşa aviarabitə təşkil ediləcək.
İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fənaninin sözlərinə görə, hal-hazırda ölkələr arasında əlaqə Bakı-Doha-Cakarta və Bakı- İstambul-Cakarta marşrutu və əks marşrut ilə həyata keçirilir.
“Hər iki ölkədə, birbaşa müntəzəm uçuşların təşkili üçün həll olunmalı məsələlər mövcuddur və əsas məsələlərdən biri, sərnişin axınının təmin edilməsidir ki, hər iki tərəf bu məsələdə maraqlıdır. Artıq bu istiqamətdə işlər aparılır, ölkələrin potensialının təbliğatı proqramları işlənib hazırlanır və gerçəkləşdirilir”, - səfir belə deyib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026