Qarabağa verilən kreditlərin həcmi artıb, ya azalıb?

16:04 - 27.08.2024


27 avqust, Fineko/abc.az. Azərbaycanda Qarabağ iqtisadi rayonunda verilmiş kreditlər 2024-cü ildə ən böyük dinamika göstərən iqtisadi rayon olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 1 iyul tarixinə Qarabağ iqtisadi rayonunda verilmiş kreditlərin həcmi 456 milyon 441 min manat olub. İlin əvvəlində bu həcm 404 milyon 983 min manat idi.

Beləliklə, ilin əvvəlindən bu iqtisadi rayon üzrə kredit portfeli 51 milyon 459 min manat və ya 13% artım göstərmiş olub.

Respublika üzrə orta artım dinamikası 11% olub.

Qarabağda verilən kreditlərin böyük əksəriyyəti manatda verilib və həcm  455 milyon 627 min manat, orta faiz dərəcəsi isə 18.87% olub.