15:36 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Telegram Open Network (TON) blokçeyn layihəsinin kriptovalyutası, digər kripto alətlərində açıq dinamikanın olmamasına baxmayaraq, rəqəmsal aktivlər bazarında artım liderinə çevrildi.
ABC.AZ xəbər verir ki, TON, kriptovalyuta sahəsində xidmətlər göstərən Asiya maliyyə şirkəti HashKey ilə elan edilmiş tərəfdaşlıq fonunda 5,6% artır. HashKey, Catizen (bir neçə pişik mövzulu mini oyun ilə Telegram messencerinə əsaslanan bir platforma) blokçeyn infrastruktur əməliyyatları üçün tənzimləmə təlimatı, texniki dəstək təklif edəcək.
HashKey həmçinin əlavə edib ki, hər iki şirkət TON ekosisteminə əsaslanan unikal Web3 təcrübəsini bütün dünyada oyunçulara və rəqəmsal aktiv istifadəçilərinə təqdim etməyi planlaşdırır. HashKey Global-ın idarəedici direktoru Ben el-Baz,"daha çox tərtibatçı cəlb etmək üçün Telegramın faydasından istifadə TON üçün əhəmiyyətli bir fürsətdir", - deyə bildirib.
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026