Manatın nominal effektiv məzənnəsi 6% möhkəmlənib

16:01 - 29.07.2024


29 iyul, Fineko/abc.az. Cari ilin iyulun 1-nə Azərbaycan manatının ümumi nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da cari ilin iyunun 1- ilə müqayisədə 0,1 (0,1%) bənd  çoxdur.

İllin əvvəli ilə müqayisədə 2,4 bənd (2,4%), illik müqayisədə nominal effektiv məzənnə isə 5,7 bənd  (5,8%) artıb.

Qeyri-neft sektoru üzrə məzənnə iyulun 1-nə ayında 173.6 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəli ilə müqayisədə 5,1 bənd (3%),  illik, 17,9 bənd (11,5%) çoxdur.