16:13 - 26.07.2024
26 iyul, Fineko/abc.az. A-Qroup Sığorta Şirkəti ASC-nin 2024-cü ilin yanvar-iyun ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-iyun ayında 8.776 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü il ilə müqayisədə 1.239 mln. manat və ya 12% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 10.015 mln. manat təşkil etmişdir.
Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026