12:26 - 25.07.2024
25 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, iyulun 25-də keçirilən valyuta hərracında bankların tələbi 55,2 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 26,8 milyon dollar (32,7%) azdır.
İyulun 23-də keçirilən valyuta hərracında AMB banklara 82 milyon dollar satıb.
Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026