İkinci rübdə dünya smartfon bazarı 6,5% artıb

19:00 - 15.07.2024


15 iyul, Fineko/abc.az. İkinci rübdə Samsung Electronics və Apple cihazlarına tələbat sayəsində qlobal smartfon tədarükü 6,5% artıb.

ABC.AZ xəbər verir ki, buna baxmayaraq, qeyd olunur ki, tələbin tam bərpası hələ müşahidə olunmur, çünki bəzi bazarlarda problemli olaraq qalır.
IDC - nin məlumatına görə, qlobal tədarüklər dörd rüb ardıcıl artır, Samsung ümumi tədarükün 18,9%-ni, Apple isə 15,8% payı ilə ikinci yeri tutur. Üçüncü yerdə 14,8% ilə Xiaomi qərarlaşıb.